APA-nın məlumatına görə, toplantıda Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Targay, bir sıra ölkələrin Bakıdakı səfirləri, deputatlar və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən R. Həsənov TÜR
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə bildirib ki, TÜRKPA türkdilli ölkələr arasında yaxınlaşmanı daha da sürətləndirib. O, R. Həsənovun fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirdə yeni baş katib Jandos Asanov da iştirak edib.
Qeyd edək ki, TÜRKPA 21 noyabr 2008-ci ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzaladığı Sazişlə təsis olunub.
29 sentyabr 2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) I. plenar sessiyası keçirilib. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyamnaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir.
R. Həsənov Assambleyanın 29 sentyabr 2009-cu il tarixində Bakıda keçirilən ilk Plenar Sessiyasında 4 illik müddətə TUR