Türkmənistan prezidenti İlham Əliyevi təbrik etdi
24 oktyabr 2013 13:21 (UTC +04:00)

Türkmənistan prezidenti İlham Əliyevi təbrik etdi

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevə yenidən bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, məktubda deyilir: “Yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri, habelə Türkmənistan ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və möhkəmlənəcək. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat eşqi, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”. 

 

# 446
avatar

Oxşar yazılar