Türkiyənin silah şirkəti Azərbaycanın sifarişlərini bu il yekunlaşdıracaq
22 may 2014 23:26 (UTC +04:00)

Türkiyənin silah şirkəti Azərbaycanın sifarişlərini bu il yekunlaşdıracaq

Türkiyənin ROKETSAN şirkəti Azərbaycanın sifariş verdiyi 122 və 300 mm çaplı reaktiv atəş sistemlərinin çatdırılmasını bu il yekunlaşdıracaq.

Bu barədə APA-ya Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2014 müdafiə sərgisində iştirak edən ROKETSAN şirkətinin stendindən məlumat verilib.

 

Şirkət rəsmilərinin sözlərinə görə, çatdırılmalar qrafik üzrə problemsiz yerinə yetirilir.

 

Azərbaycanın SOM “hava-yer” sinfli raketlərə də böyük maraq göstərdiyini deyən ROKETSAN nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda bu raket Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil olacaq. "F-16" döyüş təyyarələri ilə yanaşı raketin "F-4" təyyarəsinə inteqrasiyası üzərində işlər aparılır. Gələcəkdə 250 km mənzilə sahib olan SOM raketlərinin "MiQ-29" təyyarələrinə inteqrasiyası imkanlarına da baxılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Oxşar yazılar