Türkiyənin səfiri Şəkiyə gedib
12 oktyabr 2013 01:26 (UTC +04:00)

Türkiyənin səfiri Şəkiyə gedib

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Şəki şəhərinin 2701 illik yubleyi münasibəti ilə təşkil edilən bayram tədbirlərində iştirak edib. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, Şəkiyə səfəri şərçivəsində şəhər rəhbərliyi ilə görüş keçirən səfirə burada həyata keçirilən layihələr barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, sənaye şəhəri kimi təşəkkül tapan Şəkidə ipəkçilik yenidən dirçəlir. Eyi zamanda Şəkinin aqrar sektorunda türkiyəli sahibkarların sərmayə yatırması üçün əlverişli imkanlar mövcuddur.

 

Görüşdə həmçinin qədim və zəngin ənənələrə malik Şəkidə turizm potensialından, onun mətbəxindən bəhs olunub. Bildirilib ki, bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir məkandır. Zəngin tarixi mədəni irsin qorunub saxlanması nəticəsində Şəki Azərbaycanın  turizm mərkəzinə çevrilib.

 

Səfir İsmayıl Alpər Coşqun qəbula görə icra başçısına minnətdarlığını bildirib. Səfir Azərabycanın bir çox bölgələrində olduğunu, ancaq Şəkiyə ilk dəfə gəldiyini qeyd edib. Diplomat türk iş adamlarının diqqətini Şəkiyə cəlb etmək üçün əlindən gələni edəcəyini söyləyib, turizm sahəsində ikitərəfli əməkdaşlığın vacib olduğunu vurğulayıb.  

 

Daha sonra səfir Şəkinin tarix-mədəniyyət abidələrinə baş çəkib, şəhərlə tanış olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar