“Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkənin bəzi KİV-lərində Rza Zərrabın Bakıda doğulmasına dair yazdıqlarını araşdırır”. Lent.az-ın məlumatına görə, bu barədə gün.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanov açıqlama verib.
Onun sözlərinə görə, bu cür məlumat bütün Türkiyə mətbuatında deyil, təxminən 30 faizində yayılıb:
“Biz bununla bağlı Azərbaycanın müvafiq qurumlarına sorğu ünvanlamışıq. Rza Zərrabın Bakıda doğulmamasını təsdiqləyən rəsmi məlumatı aldıqdan sonra bəzi Türkiyə KİV-lərinə xəbərdarlıq ünvanlayacağıq. Hesab edirik ki, ondan sonra Türkiyə mediası bu yanlışlığı aradan qaldıracaq”.
Türkiyə mətbuatı həyata keçirilən “rüşvət əməliyyatı” zamanı həbs olunmuş iş adamı Rza Zərrabın 1984-cü il Bakıda doğulduğunu yazıb.
Qeyd edək ki, R.Zərrab əslən Cənubi Azərbaycandandır.