Türkiyənin paytaxtı Ankarada “May qiyamının 7-ci ildönümündə Güney Azərbaycan Milli Hərəkatı” mövzusunda panel keçirilib.
Bu barədə APA-ya Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) üzvü, hazırda Türkiyədə siyasi mühacirətdə yaşayan Siyamək Babanejad bildirib.
Onun sözlərinə görə, tədbir Türkməneli Mədəniyyət Mərkəzinin konfrans salonunda GAMAC-ın Türkiyə nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib: “Paneldə Türkiyənin müxtəlif şəhərlərində yaşayan GAMAC üzvləri, həmçinin Ankarada yaşayan milli fəallar iştirak etdi. Tədbir Türkiyə və Azərbaycanın himnləri, həmçinin Güney Azərbaycanın gənclik marşı ilə başlandı. Daha sonra məruzəçilər çıxış edərək, 2006-cı ilin mayında Güney Azərbaycanda baş verən hadisələr və Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fikirlərini panek iştirakçıları ilə bölüşdülər”.