Türkiyə səfiri prezident İlham Əliyevin Praqadakı çıxışından danışdı
28 aprel 2014 14:13 (UTC +04:00)

Türkiyə səfiri prezident İlham Əliyevin Praqadakı çıxışından danışdı

“Azərbaycan Türkiyəyə güvəndiyi kimi, Türkiyə də həmişə Azərbaycana güvənib. Azərbaycan prezidenti İlham Əliyevin Praqada çıxışı Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisidir”.

 

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun söyləyib.

 

Azərbaycan prezidentinin çıxışına görə ona təşəkkür edən səfir qeyd edib ki, türk dünyasının qarşısında ümumi çağırışlar durur, ümumən dünyada türk dünyasına qarşı ədalətsiz münasibət var: “Tək Türkiyə və Azərbaycan deyil, türk dövlətlərinin hamısı bu çağırışlara qarşı birgə mübarizə aparmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031
avatar

Oxşar yazılar