Türkiyə mətbuatı Anar Məmmədovun ABŞ-dakı aksiyasından yazdı
17 sentyabr 2013 12:51 (UTC +04:00)

Türkiyə mətbuatı Anar Məmmədovun ABŞ-dakı aksiyasından yazdı

“Bu ərazinin 1000 kvadrat metri Azərbaycan üçün ayrılıb”.

Türkiyənin aparıcı mətbu orqanlarından olan “Hürriyet” qəzeti Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədovun 11 sentyabr terror aktının növbəti ildönümü ilə əlaqədar ABŞ-da həyata keçirdiyi genişmiqyaslı aksiyadan bəhs edib. 

Lent.Az-ın verdiyi xəbərə görə, “Hürriyet” yazır ki, ABŞ-da 11 sentyabr terror aktlarının qurbanlarının xatirəsinə həsr olunmuş Memorial kompleks ziyarətçilər üçün açılıb. 

Nyu-Yorkun meri Maykl Blumberq, Memorial kompleksin memarı Maykl Arad, 11 sentyabr xatirə muzeyinin rəhbəri Co Denielsin qatıldığı tədbirdə Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədov da iştirak edib. 

Qəzetin məlumatına görə, Memorial kompleksə gedən yolun her iki tərəfində 150 min ağac əkilir və bu ərazinin 1000 kvadrat metri Azərbaycan üçün ayrılıb. 

Burada Azərabaycan-Amerika Alyansının təşəbbüsü ilə əkilən ağacların üzərində “Azərbaycan xalqından xatirə qurbanlarına” yazısı qeyd olunacaq, “Hürriyet” yazır. 

Qəzetin məlumatına görə, tədbirdə çıxış edən Anar Məmmədov həmçinin vurğulayıb ki, Azərbaycan dövləti terrorla apardığı mübarizədə daim ABŞ-ın yanındadır və ona dəstək göstərir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578
avatar

Oxşar yazılar