Təşviqat qatarı Xaçmazda
22 aprel 2013 22:44 (UTC +04:00)

Təşviqat qatarı Xaçmazda

0

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2013-cü  21 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar   Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi üzrə Tədbirlər Planı təsdiq edilmişdir.

Tədbirlər Planında əsasən Azərbaycan dəmir yolunun Şimal, Cənub və Qərb istiqamətlərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşviqat qatarı göndərilməsi nəzərdə tutulur.

 

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu gün  birinci təşviqat qatarı Xaçmaz stansiyasına çatıb.

 

 Təşviqat qatarını qarşılamağa rayon ictimaiyyətinin, Şimal istiqamətində yerləşən dəmir yolu müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri gəliblər. Yubiley tədbiri elə qarşılanma mərasiminin keçirildiyi stansiya ərazisində baş tutub. Giriş sözü ilə çıxış edən “Azərbaycan Dəmir Yollar” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov deyib ki, Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ölkəmizin həyatında olduqca əlamətdar hadisədir. Onun sözləriə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də imzaladığı Sərəncama uyğun olaraq,  yubiley tədbirləri təkcə ölkəmizdə deyil, Azərbaycanın haqq səsinin eşidildiyi hər yerdə keçirilir. Heydər Əliyev rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi  hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir: “İndi Azərbaycan polad magistralı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Hazırda ölkə başçısının İlham Əliyevin 6 iyul 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” sürətlə icra olunur”.

 

Sonra  Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yollar” Qapalı Səhmdar Cəmiyyətinin  ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov, Xaçmaz stansiyasının rəisi Xankişi Zeynalov və stansiya növbətçisi  Vidadi Dadaşov çıxış edərək Heydər Əliyevin həyati və fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Sonra iştirakçılar stansiyada yüksək zövqlə hazırlanmış, Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını özündə əks etdirən foto-stendlərə baxış keçiriblər.

Yubiley tədbiri xoş əhval-ruhiyyə ilə başa çatıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 971

Oxşar yazılar