2013-2014-cü tədris ilinə ümumi təhsil məktəblərinin II, IV, VIII, IX və X sinifləri üçün 73 adda 2042800 nüsxə, V, VI siniflər üçün isə kurikulum əsasında 68 adda 1971600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanaraq çap olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda həmçinin o da qeyd olunur ki, respublikanın pilot ümumi təhsil məktəblərinin II, III və IV sinifləri üçün 31134 nüsxə “Şahmat” dərsliyi hazırlanıb çap edilib.
Çap edilmiş həmin dərslik və müəllim üçün metodik vəsaitlər respublikanın ümumi təhsil müəssisələrinə çatdırılıb.