Təhlükəsizlik Şurasına Azərbaycanı əvəzləyəcək üzv seçilir
17 oktyabr 2013 18:11 (UTC +04:00)

Təhlükəsizlik Şurasına Azərbaycanı əvəzləyəcək üzv seçilir

Bu gün BMT Baş Assambleyasında BMT Təhlükəsizlik Şurasına 2014-2015-ci illər üçün beş yeni qeyri-daimi üzv seçilir.

 

Lent.az-ın verdiyi məlumata görə, Təhlükəsizlik Şurasına Səudiyyə Ərəbistanı, Çili, Litva, Nigeriya və Çadın seçiləcəyi proqnozlaşdırılır.

 

Bu dövlətlər BMT Təhlükəsizlik Şurasında Azərbaycan, Qvatemala, Pakistan, Mərakeş və Toqonu əvəzləyəcək. Avstraliya, Argentina, Lüksemburq, Ruanda və Cənubi Koreyanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət müddətləri isə gələn il başa çatacaq.   

 

Qeyd edək ki, Təhlükəsizlik Şurasının beş daimi (ABŞ,  Rusiya, Çin, Fransa və Böyük Britaniya)  və iki il müddətinə seçilən 10 qeyri-daimi üzvü var. Təhlükəsizlik Şurasının daimi üzvləri veto hüququna malikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008
avatar

Oxşar yazılar