APA-nın xəbərinə görə, kampaniya oktyabrın 8-də saat 8.00-da başa çatacaq.
Kampaniya çərçivəsində namizədlərin bölgələrdə və Bakıda görüş keçirmələri üçün yerlər ayrılıb. Eyni zamanda namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə hər həftə ümumilikdə 6 saat efir vaxtı ayrılacaq. Həmin 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq. Pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.
Efir vaxtının bölgüsü məqsədilə bu gün püşkatma keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda bu il oktyabrın 9-da növbəti prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 10 nəfərin namizədliyini qeydə alıb. Bunlar hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Milli Şuranın namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının Sərdar Cəlaloğludur