Sülhəddin Əkbər: “Milli Şurada ikibaşlılıq olacaq”
29 oktyabr 2013 13:47 (UTC +04:00)

Sülhəddin Əkbər: “Milli Şurada ikibaşlılıq olacaq”

“Milli Şuranın həmsədrlik institutuna keçməsinin həm müsbət, həm də mənfi tərəfi var. Cəmil müəllimlə Rüstəm İbrahimbəyov indi eyni fikirdədirlər, birgə hərəkət edirlər, ancaq gələcəkdə onların arasında hər hansı bir fikir ayrılığı yaransa, Milli Şurada ikibaşlılıq olacaq”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri, Milli Şura üzvü Sülhəddin Əkbər deyib. O bildirib ki, Milli Şuranın gələcək fəaliyyəti zamanı iki həmsədr arasında fikir ayrılığı olsa, qurumda ikitirəlik yaranacaq və bu da MŞ-də narazılıqların yaranmasına gətirib çıxaracaq: “Milli Şura daxilində hazırda bu məsələ ilə bağlı iki fərqli fikir var. Bir qrup üzv Rüstəm müəllimin həmsədrlik institutu yaradılması təklifini dəstəkləyir, digər qrup üzvlər isə ümumiyyətlə Milli Şurada sədrin dəyişməsini, Cəmil Həsənlinin yeni sədr seçilməsini təklif edir. Açığı, mən hələ hansı variantı dəstəkləyəcəyimi qərarlaşdırmamışam. Həmsədrliyə keçilməsinin müsbət cəhətlərindən biri o ola bilər ki, Rüstəm İbrahimbəyov xaricdə öz nüfuzundan Milli Şura üçün istifadə etsin və beynəlxalq səviyyədə bu qurumun sədri kimi tanınsın”.

 

S.Əkbərin sözlərinə görə, Milli Şurada strukturun hansı formada olmasından asılı olmayaraq, bu qurumun fəaliyyət istiqamətləri tam müəyyənləşdirilməli və bundan sonrakı prosesdə hansı addımların atılacağı aydın şəkildə konkretləşdirilməlidir: “Milli Şuranın gələcək fəaliyyəti perspektiv vəd etməsə, burada iştirak ziyan verməyə başlasa, bu qurumda təmsil olunmağın heç bir mənası qalmayacaq. Bu halda isə istefalar artacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 955
avatar

Anar Gəraylı

Oxşar yazılar