Prezident İlham Əliyev Süleyman Dəmirəlin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeninə layiq görülüb.