Ştefan Füle:”...mümkün deyil”
12 sentyabr 2013 11:31 (UTC +04:00)

Ştefan Füle:”...mümkün deyil”

“Bəzi dairələr Avropa Birliyinin öz şərq tərəfdaşları ilə siyasi assosiasiyası və iqtisadi inteqrasiyasını təhlükə sayır. Biz bəzi tərəfdaşlarımıza nə qədər güclü təzyiqlərin göstərildiyini görürük”.


 

APA-nın xəbərinə görə, bu sözləri Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle Avropa Parlamentinin toplantısında çıxış edərkən deyib. O bildirib ki, Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqının nizamnaməsi ilə AB-nin Ukrayna, Moldova, Gürcüstan və Ermənistanla imzalamaq istədiyi dərin və hərtərəfli azad ticarət zonası (DCFTA) haqda saziş üst-üstə düşmür: “Bunun səbəbi ideoloji fikir ayrılığı və iqtisadi blokların toqquşması deyil. Bu, hüquqi məsələlərlə bağlıdır. Məsələn, gömrük tariflərini DCFTA-ya uyğun olaraq azaltmaq və eyni zamanda Gömrük İttifaqının tələblərinə uyğun olaraq artırmaq mümkün deyil. DCFTA-nın üstünlüklərindən faydalanmaq üçün bizim tərəfdaşlarımız öz ticarət siyasətləri üzərində tam suverenlik hüququna malik olmalıdır, bu isə Gömrük İttifaqı daxilində mümkün deyil”.   

 

Bununla yanaşı, Ş. Füle Gömrük İttifaqına üzv olmağın hər ölkənin öz hüququ olduğunu vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar