Sosial şəbəkələrdə təbliğat necə olmalıdır?
02 oktyabr 2013 12:52 (UTC +04:00)

Sosial şəbəkələrdə təbliğat necə olmalıdır?

Natiq Məmmədov: “Yeməklə doymayan yalamaqla doymaz”



Bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətlərinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda keçirilən konfransda sosial şəbəkələrdə təbliğat məsələsi müzakirə olunub.

Lent. az-ın verdiyi məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, sosial şəbəkələrdə təbliğat seçki prosesindən əvvəl başlayır, seçki günü və sonra da davam edir: “Bu, bütün dünyada belədir. Ancaq hesab edirik ki, sosial şəbəkələrin hələlik statusu olmadığını üçün seçkiyə 5 gün qalmış Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Yoxsa seçki günü sosial şəbəkə təmsilçisi seçki məntəqəsinə gəlib, seçkini müşahidə edəcəyini söyləyə bilməz”.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov bildirib ki, əgər bu hal kütləvi xarakter alırsa və nəticəyə təsir edirsə, bunun qarşısı alınmalıdır: “Digər tərəfdən, yeməklə doymayan yalamaqla doymaz. Namizədlər də bunu nəzərə almalıdırlar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar