Sobçak Bakıdan yazdı: “ İnanılmaz gözəllik və harmoniyanın vəhdəti...”
15 aprel 2013 20:07 (UTC +04:00)

Sobçak Bakıdan yazdı: “ İnanılmaz gözəllik və harmoniyanın vəhdəti...”

0

Bu yaxınlarda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən məşhur telejurnalist Kseniya Sobçak səfər təəssüratları barədə geniş məqalə yazıb. “Qafqazinfo”nun məlumatına görə, Sobçak məqaləsində Bakıya, xüsusən də Heydər Əliyev Mərkəzinə olan heyranlığını gizlədə bilməyib. Telejurnalist eyni zamanda Moskvada belə bu cür müasir tikililərin olmamasından gileylənib:

 

“Təzəlikcə Bakıda keçirilən və sürrealist səslənən “Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumu”ndan qayıtdım. Dəvətlilər arasında Alişer Usmanov və Vladimir Medinski kimi məzunların da olduğu tədbirə dəvət alan kimi mən ekzotik təəssüratların həvəskarı olaraq, təbii ki, yerimdə dura bilməzdim və budur, “Dojd” telekanalının baş redaktoru, həmkarım Mixail Zıqarla birlikdə Azərbaycana gedirik. Biz foruma dünyanın müxtəlif ölkələrindən gələn Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beş yüzə yaxın məzunları ilə üç gün keçirdik.

 

Prezident Administrasiyası ora toplananlar üçün gözəl bir bayram keçirmək üçün əlindən gələni etməyə çalışırdı. Bizi qarşıladılar, yaxşı otellərdə yerləşdirdilər, gözəl ekskursiya keçirdik və ümumiyyətlə bütün Bakı qonaqpərəvrliyini nümayiş etdirdilər.

 

İndiki Bakı – hətta totalitar hakimiyyətin belə şəhərinə və öz xalqına dividentlər verə biləcəyinin sübutudur. İnqilab və həyəcanlar ancaq seçkilərin saxtalaşdırıldığı zaman deyil, prezident neft pullarını məmurları yemləməyə və büdcə xərclərinə sərf edərək yeni reallıq yaratmayanda baş verir.

 

Şərq lideri Əliyev görünür ki, bunu başa düşür, bu səbəbdən də şəhər təsiredici görünür. Sanki şampunla yuyulmuş küçələr, şəhərin mərkəzində balaca, fərdi Venesiya, təmizlənmiş, lakin bununla yanaşı orijinallığını saxlamış qədim şəhər.

 

Və mənim Bakıda ən böyük sarsıntım Heydər Əliyev Mərkəzinin yerləşdiyi Zaha Hadidin möhtəşən binası olan prezident Əliyevin Xeops piramidası idi.

 

Bu inanılmaz gözəllik və harmoniyanın olduğu, neft pulları hesabına ucaldılan binada olduğum 2 yaxud 3 saatdan sonra mən kədərləndim və utandım ki, mənim neft şəhərim Moskvada son 12 ildə Zaha Hadidin bu möhtəşəm yaradıcılığı ilə müqayisə ediləcək heç bir şey tikilməyib.

 

Mən yenə də belə bir qənaətə gəldim ki, Rusiyada bizim başımıza gələn ən böyük bədbəxtlik odur ki, hər gün və hər saat zövqə qarşı cinayət törədilir. Və bu, təkcə Matviyenkonun “priçoska”larına, Stas Mixaylovun mahnılarına və deputat Burmatovanın kostyumlarına aid deyil”

 

Azərbaycanlılara sovet dönəmində hər zaman zövqsüz xalq kimi yanaşıldığını yazan Sobçak qeyd edib ki, bu xalq nəhayət başa düşdü ki, sənin zövqünə gülməsinlər deyə, etiraf etmək lazımdır ki, o, səndə yoxdur və bu işi bacaranlara böyük pullar vermək lazımdır: “Öz zəifliyini boynuna almaq üçün güc lazımdır və bu, çox şeyə dəyər”.

 

 

”...Şöhrətpərəstlik demişkən: Zaha Hadidin tikdiyi bina Heydər Əliyevin imzası şəklində inşa olunub, bununla belə, biri digərinə mane olmur, istənilən halda inanılmaz gözəllik şedevridir.

 

Söz azadlığına qarşı cinayətdən daha pis ancaq zövqə qarşı cinayət ola bilər. Moskvada bir dənə də olsa müasir tikili yoxdur ki, biz həqiqətən də fəxr edə bilək. Mənə elə gəlir ki, “rejim”lə ən yaxşı mübarizə digər estetika uğrunda mübarizədir. Estetika proqressivdir, beynəlxalq səviyyədə rəqabət aparmağa hazırdır. Məhz estetik fikir ayrılığı çoxlu sayda gənci ilk etiraz aksiyasına çıxmağa vadar etdi. Bu yer mütləq Azərbaycanın mərkəzində yeni Bilbaoya çevriləcək. Bax mən hazırki rejimə həqiqətən də bir şeyi bağışlaya bilməyəcəm. Bizdən təkcə səslərimizi deyil, həm də zövq, estetika və müasirlik anlayışımızı oğurladılar” .

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1049

Oxşar yazılar