Siyavuş Novruzov: ”Əvəz Temirxanı Əli Kərimli öyrədib..."
07 sentyabr 2013 14:01 (UTC +04:00)

Siyavuş Novruzov: ”Əvəz Temirxanı Əli Kərimli öyrədib..."

“İndi də Eldar Namazov öz dəstəsi ilə ortaya çıxıb, ölkədə iğtişaş törətmək istəyir”


 

“Milli Şuranın təməli sağlam prinsiplərlə qoyulmadığı üçün bu gün onların daxilində belə hadisələr, intriqalar baş verir”.

 

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

O qeyd edib ki, Milli Şurada bir neçə partiyadan qovulmuş, uğursuz ssenaristlər, uğursuz alimlər, uğursuz vəkillər və bu kimi adamlar toplaşıb. YAP funksionerinin sözlərinə görə, həmçinin öz partiyasında dəstəklənməyən adamlar bu qurum adından öz namizədliyini irəli sürmək istəyib: “Məsələn, mən demişdim ki Müsavat Partiyası qurultayını ona görə keçirmir ki, qurultay keçirilsə, İsa Qəmbər partiya sədrliyindən gedəcək. Seçkiyə qədər də onların qurultayı heç olmayacaq. O cümlədən AXCP və digərləri... Azərbaycan Liberal Partiyasında Əvəz Temirxandan başqa adam varmı? Yoxdur. Yəni bir nəfərin öhdəsində olan partiyadır. Bax, bu cür adamların, bir-birinə qarşı ittihamlar səsləndirənlərin, intriqaların məkanı olub bu qurum. Bir-birlərinə qarşı yazılar yazdırmaqla məşğuldurlar. Bu hərəkətin sahibi olan insanlar cəmiyyətin problemini necə həll edəcək?”

 

S. Novruzov Milli Şurada İsa Qəmbər, Əvəz Temirxan və digərləri arasında baş verən qalmaqalın səbəbini də açıqlayıb: “Əvəz Temirxanı AXCP sədri Əli Kərimli öyrədir. Onu İsa Qəmbərin üstünə salan Əli Kərimlidir. Onun müavini Fuad Qəhrəmanlı gecə-gündüz İsa Qəmbəri ittiham edirdi, başqa partiya sədrlərinin də müavinləri Əli Kərimlini ittiham edirdi. İndi də Eldar Namazov öz dəstəsi ilə ortaya çıxıb, ölkədə iğtişaş törətmək istəyir. Bütün bunları hərtərəfli analiz edəndə bu insanların Azərbaycan xalqının mənafeyinə uğun olmadığı üzə çıxır”.

 

YAP funksioneri bütün günahların İsa Qəmbərdə olduğunu vurğulayıb: “O çalışır ki, bütün günahları hakimiyyətin üstünə atsın. Həmişə belə olub. 1990-cı ildə 20 yanvar hadisəsindən başlamış indiyə qədər etdiyi bütün günahları başqasının boynuna qoymağa çalışır. Törətdiyi bütün iğtişaşları - gəncləri öyrədərək küçəyə salıb obyektləri dağıtmaq, talan etmək, hər yeri daş-qalaq etmək və sair əməlləri başqasının üstünə atmaq istəyir. Həmişə çalışır ki, sudan quru çıxsın. Halbuki bu işlərin hamısını törədən elə İsa Qəmbərdir”. 


 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504
avatar

Oxşar yazılar