“Deputatın hökumət vəzifəsinə təyinatı ilə əlaqədar olaraq mandatını itirməsi avtomatik olan bir məsələdir. Bununla bağlı Mərkəzi Seçki Komissiyasına xüsusi müraciət olmur”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, bu səbəbdən YAP sədrinin müavini - icra katibi, deputat Əli Əhmədovun baş nazirin müavini vəzifəsinə təyinatına görə deputat mandatının ləğvi ilə bağlı MSK-ya ayrıca müraciət gözlənilmir: “Çünki qanunvericiliyə görə, avtomatik olaraq dövlət və ya hökumət vəzifəsinə təyin olunan şəxs deputat mandatını daşıya bilməz, mandat dərhal itirmiş hesab olunur. Ona görə də Əli müəllimin mandatından imtinası ilə bağlı MSK-ya heç bir rəsmi müraciət olmayacaq. Çünki o, artıq avtomatik olaraq deputat deyil, hökumət üzvüdür”.