Şeyx İran prezidentini Azərbaycana dəvət edib
17 sentyabr 2013 17:06 (UTC +04:00)

Şeyx İran prezidentini Azərbaycana dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İran prezidentini Azərbaycana səfərə dəvət edib.


 

APA-nın məlumatına görə, bunu Şeyx bu gün Bakıda səfərdə olan İranın Sərhəd Qoşunlarının komandanı, general-leytenant Hüseyn Zülfüqari ilə görüşü zamanı bildirib.

 

O, komandan vasitəsilə İran prezidenti Həsən Ruhanini Bakıya dəvət edib: “Mən bilirəm ki, hazırda onun işi çoxdur. Höccətül-İslam Həsən Ruhaninin prezident seçilməsi münasibətilə çox sevindim. Mənim onunla çoxdan dostluq əlaqələrim var. Bilirəm ki, ölkənin yeni prezidenti seçilməsi münasibətilə işləri çoxdur. Amma buna baxmayaraq, mən onu Azərbaycana dəvət edirəm. Əminəm ki, o da bu dəvətdən məmnun olacaq”.

 

Öz növbəsində Hüseyn Zülfüqari bildirib ki, İran-Azərbaycan sərhədində çox güclü nəzarət var: “İnanıram ki, bundan sonra da belə olacaq. Bizim İran sərhədçiləri olaraq Azərbaycanın Dövlət Sərhəd Xidməti komandanlığı ilə çox yaxın əlaqələrimiz var. Sərhədlərimiz etibarlı əllərdədir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar