Şeyx Dağlıq Qarabağ münaqişəsindən danışdı
11 sentyabr 2013 18:56 (UTC +04:00)

Şeyx Dağlıq Qarabağ münaqişəsindən danışdı

“Qarabağ probleminin dinlərarası münaqişə müstəvisinə keçməsinin qarşısının alınması üçün gərgin səylər göstəririk”.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bunu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Qazax rayonuna səfəri zamanı yerli sakinlərlə görüşündə deyib.

 

A. Paşazadə qeyd edib ki, dinlərarası dialoq ruhuna sadiq qalaraq işğal altında olan ərazilərdə tam dağıdılmış və ya yararsız hala salınmış dini ibadət məkanlarının bərpa olunması, qorunması ilə bağlı ciddi səylər göstərir: “Ermənistan tərəfindən qədim Azərbaycan torpaqlarının 20 faizi işğal olunduğu andan bunun dinlərarası münaqişəyə çevrilməsi təhlükəsindən ehtiyatlanırıq və buna çevrilməməsinə səy göstəririk”.

 

Şeyx onu da bildirib ki, 20 il ərzində Azərbaycanda məscidlərin sayı 17-dən 2 minə qalxıb, Bakı İslam Universiteti, mədrəsələr açılıb, dindarlar İslamın müqəddəs yerlərinə ziyarətə getmək imkanı qazanıblar: “Bu gün Azərbaycan tolerantlıq nümunəsi olaraq, nəinki bölgənin, bütün dünyanın diqqət mərkəzindədir, paytaxt Bakı ən mötəbər dini tədbirlərə, simpozium və konfranslara ev sahibliyi edir. Ölkə başçı İlham Əliyevin qayğısı və yardımı nəticəsində tarixi dini məbədlərimiz, ziyarətgahlarımız bərpa və əsaslı təmirdən sonra dindarlarımızın ixtiyarına verilir, onlarla yeni məscidlər tikilir. Bu münasibət yalnız İslam dininə və müsəlmanlara aid deyil, digər səmavi dinlərin daşıyıcılarına da şamil olunur, ölkəmizdə yaşayan hər bir insan millətindən və dinindən asılı olmayaraq özünü bərabərhüquqlu vətəndaş kimi hiss edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371
avatar

Oxşar yazılar