Bu gün ADP sədri Sərdar Cəlaloğlu son günlər onun adından ölkə KİV-lərində yayılan müsahibələrin cəmiyyətdə birmənalı qarşılanmamasına, düzgün anlaşılmamasına və ictimaiyyətdə yaranan narahatlıqlara münasibət bildirib.
ADP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sərdar Cəlaloğlu bildirib ki, son vaxtlar Azərbaycan dövlətçiliyi və milli maraqları ilə bağlı fikir və ideyaları mətbuatda bəzi jurnalistlər tərəfindən bilərəkdən qərəzli və ya bilməyərəkdən yanlış şərh edilib.
Sərdar Cəlaloğlu fikirlərinin düzgün dərk edilməməsindən dərin təəssüf hissi keçirdiyini vurğulayıb: “Bu açıqlamalardan dolayı özünü təhqir olunmuş hesab edən hər bir vətəndaşdan, bu açıqlamaları tirajlamaqda jurnalist etikasını pozan mətbuat nümayəndələrinin və şəxsən öz adımdan üzrxahlıq edirəm”.
Qeyd edək ki, Sərdar Cəlaloğlunun Azərbaycanın böyük şairi Səməd Vurğun barədə aşağılayıcı fikirləri cəmiyyətdə sərt təpgi ilə qarşılanmışdı.