Sərdar Cəlaloğlu istefa verdi
11 oktyabr 2013 12:03 (UTC +04:00)

Sərdar Cəlaloğlu istefa verdi

 

Azərbaycan Demokrat Partiyasının sədri, partiyadan Respublika Prezidentliyinə  namizəd irəli sürülmüş Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizə ilə İcra Aparatına müraciət edib.

 

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sərdar Cəlaloğlu müraciətində 2005-ci ildə şəxsən irəli sürdüyü konstruktiv müxalifətçilik kursunu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab etdiyini və 2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərininə götürdüyünü yazıb. 

 

Sərdar Cəlaloğlu qeyd edib ki, bunları nəzərə alaraq ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlib: “Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz”.

 

Partiya sədrinin birinci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov bildirib ki, istefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3091
avatar

Oxşar yazılar