Sərdar Cəlaloğlu: “Qardaşım olsa da, 5 ildi əlaqələrimiz kəsilib”
04 iyun 2013 22:50 (UTC +04:00)

Sərdar Cəlaloğlu: “Qardaşım olsa da, 5 ildi əlaqələrimiz kəsilib”

"Qurban Məmmədovun avtomobillə xəsarət yetirdiyi şəxs şikayətçi deyildi. Aralarında barışıq olmuşdu. Amma sonradan barışıq ərizəsini geri götürüb və şikayətçi olub".

 

Bunu ANS PRESS-ə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş vəkil Qurban Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

 

S. Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib: "Son zamanlar Milli Şurada aktiv siyasi fəaliyyətlə məşğul olurdu. Müəyyən radikal çıxışqlar edirdi. Düzdü qardaşım olsa da, 5 ildi müəyyən səbəblərə görə aramız soyuqdu, əlaqələrimiz kəsilib. Amma həbsində siyasi motivlər olsa, onu müdafiə edəcəm". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407
avatar

Oxşar yazılar