ABŞ senatorları İlham Əliyevi prezident seçkisində qazandığı qələbə münasibəti ilə təbrik edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, senatorlar - Klif Branan, Rob Conson (Oklahoma ştatı), Brandt Herşman (İndiana ştatı) və Meri Key Peypn (Nyu-Meksiko ştatı) prezidentə ünvanladıqları təbrik məktubunda ABŞ - Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Senatorlar İlham Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayıblar.