Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümüylə əlaqədar olaraq həyat yoldaşı Semra Özalın prokurorluğa verdiyi ifadə ortaya çıxıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, S. Özal prokururluğa verdiyi ifadəsində Kartal Demirağ tərəfindən təşkil edilən sui-qəsd və Özalın son gecəsi barədə məlumat verib.
S. Özal bildirib ki, həyat yoldaşı öldükdən 5 il sonra İstanbulda qaldığı evinə tanımadığı bir şəxs gəlib: “Həmin şəxs qapının ağzında dayanan mühafizəçiyə deyib ki, Semra xanımla görüşməlidir. Mühafizəçi isə həmin şəxsə mənim evdə olmadığımı bildirib. Bundan sonra isə həmin şəxs “Türqut Özalı öldürdülər, onun qatili Azərbaycandadır. Həmin adamın adı Həsən Əlioğludur” yazısı yazılmış kağız parçası verib.
S. Özal Turqut Özalın öldüyü gün yaşananları da detallar ilə izah edib. O qeyd edib ki, həyat yoldaşı vurulduqdan sonra ondan qorxunc bir qan axdığının şahidi olub: “Turqut mənə “Yaranı əlimdən almışam, qorxma” dedi”.
Sabiq prezidentin həyat yoldaşı onu da bildirib ki, ərinə qarşı sui-qəsd törədən Demirağın arxasında dayanan insanları tanıdığını da bildirib. Amma bu barədə danışmaq istəməyib.
Qeyd edək ki, S. Özalın prokurorluğa verdiyi ifadə NTV ələ keçirib.