Mayın 31-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Xorvatiya Respublikasının keçmiş prezidenti Stepan Mesiçlə görüşü olub.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın mövcud inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.
Nazir Səfər Əbiyev hörmətli qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Ermənistanın təcavüzkar siyasəti barədə də məlumatlandırıb.
Görüşdə Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drajen Xrastiç iştirak edib.