APA-nın xəbərinə görə, prezidentin sərəncamı ilə sabiq müdafiə naziri Səfər Əbiyev və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni hökumətdə yer almayıb.
Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri isə Səlim Müslümovdur.
Qeyd edək ki, Zakir Həsənov indiyə qədər Daxili Qoşunların komandanı, Səlim Müslümov isə Dövlət Sosial Müdafiə Fondunun sədri olub.