Seçkilərin Monitorinqi Mərkəzində yoxlamalar başlayıb
31 oktyabr 2013 22:40 (UTC +04:00)

Seçkilərin Monitorinqi Mərkəzində yoxlamalar başlayıb

Oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxılıb.

 

Mərkəzin rəhbəri Anar Məmmədli AzadlıqRadiosuna məlumatı təsdiqləyib.

 

O, yoxlamaları həyata keçirdikləri layihələrlə əlaqələndirir:

 

«Yoxlamaları Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi aparır. Bizimlə bağlı bu məsələ bir-neçə gün əvvəl başlanıb. Bu yoxlamalar bizim layihələrlə bağlıdır. Bir qədər anlaşılmazlıq var, belə ki, adətən bu məsələlərlə bağlı Vergilər Nazirliyi yoxlama aparmalıdır. İstintaq sirri olduğu üçün detallı məlumat verə bilmirik. Hələ ki, gözləyirik».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Oxşar yazılar