APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun sentyabrın 29-da keçirilən iclasında deyib.
M. Pənahov bildirib ki, ilkin məlumata əsasən, prezident seçkilərində beynəlxalq müşahidə missiyasını həyata keçirənlərin sayı 1012 nəfərdir. O, MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayının 4590, dairə seçki komissiyalarında akkreditə olunan müşahidəçilərin sayının isə 29 124 nəfər olduğunu da qeyd edib.
MSK sədri təmsil etdiyi qurumun seçkilərin maarifləndirmə proqramı çərçivəsində tədbirlərini davam etdirildiyini də söyləyib. Onun sözlərinə görə, artıq aşağı seçki komissiyaları ilə bağlı treninqlər yekunlaşmaqdadır.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.