Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı saat 17.00-a olan nəticələri açıqlayıb.
APA-nın məlumatına görə,
Ölkə üzrə ümumi seçici fəallığı isə 66,85 faiz təşkil edib.
Ən yüksək aktivlik dərəcəsi 77 faizlə 14 saylı Xəzər seçki dairəsində, ən passivi isə 51,6 faizlə 17 saylı Yasamal üçüncü seçki dairəsində olub.
Xarici ölkələrdəki səfirlik və nümayəndəliklərdə fəaliyyət göstərən 38 seçki məntəqələrindən 31-dən artıq məlumat daxil olub.
O, 115 saylı “qaynar xətt”ə 124 müraciətin daxil olduğunu deyib.
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.