Sabir Rüstəmxanlı: “Milli Şuranın ömrü bitib”
06 noyabr 2013 18:51 (UTC +04:00)

Sabir Rüstəmxanlı: “Milli Şuranın ömrü bitib”

“Mlli Şura və VHP münasibətləri Siyasi Şurada müzakirə olunub, qərarlar qəbul edilib, ancaq bu qərarları mətbuata açıqlamaq niyyətim yoxdur”.


 

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı söyləyib.

 

Sabir Rüstəmxanlı bildirib ki, VHP partiya olaraq Milli Şurada iştirak etmir, ayrı-ayrı üzvlərimiz iştirak edir: “VHP-Milli Şura münasibətlərini vaxt, zaman həll edəcək. O üzvlərimiz də öz mövqelərini müəyyənləşdirərlər. Əslində prezident seçkilərinin başa çatması ilə bağlı Milli Şuranın da ömrü bitib. Milli Şuranı başqa bir formatda quruma çevirmək niyyətləri olarsa, o halda da buna uyğun münasibətlər müəyyənləşəcək”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920
avatar

Oxşar yazılar