Bakıda keçirilən III Beynəlxalq Humanitar Forumun plenar iclası bir sıra sabiq dövlət başçılarının çıxışları ilə davam edib.
APA-nın xəbərinə görə, onlar öz ölkələrində multikulturtalizm sahəsində vəziyyətə dair məruzələr söyləyiblər.
Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku müasir cəmiyyətdə humanitar elmlərin rolu haqda məruzə ilə çıxış edib.
Panelə Bolqarıstanın keçmiş prezidentləri Jelyu Jelev, Georgi Pırvanov, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Serbiyanın keçmiş prezidenti Boris Tadiç də qatılıb.
Qeyd edək ki, forum fizika, kimya, iqtisadiyyat sahələri üzrə Nobel laureatlarının çıxışları ilə davam edəcək.