Mayın 6-8-də Bakıda Cənubi Qafqaz Forumu keçiriləcək. Lent.az-ın məlumatına görə, Forumun işində iştirak etmək üçün Bolqarstanın sabiq prezidentləri Petar Stoyanov və Jelyu Jelev Azərbaycanda səfərdə olacaqlar.
Cənubi Qafqaz Forumu dünyanın 350-dən çox xarici ekspertlərin, ziyalıların, sabiq ölkə və hökumət rəhbərlərinin iştirakı ilə keçiriləcək. Forumun tərəfdaşları İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas, İnsan alverinə Son layihəsi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır. Forumun təşkilat Komitəsinə İsgəndəriyyə Kitabxanasının direktoru Cənab İsmayıl Seragəldin və Latviya Respublikasının sabiq prezidenti Vaira Vike-Freiberga həmsədirlik edirlər.
Forum Beynəlxalq Chatham Evinin qanunları ilə nizamlanılır.