Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycanın Gürcüstandakı səfirliyində səs verdiyini deyib.
R. İbrahimbəyov APA-nın Moskva müxbirinə açıqlamasında hazırda Tiflisdə olduğundan və seçki hüququndan Azərbaycanın Gürcüstandakı səfirliyində istifadə etdiyini söyləyib: “Hazırda Tiflisdəyəm, burdan da Varşavaya uçuram. Ona görə də Gürcüstanda səs verdim”.
Azərbaycanın Gürcüstandakı səfirliyindən də APA-ya R. İbrahimbəyovun səfirlikdə yaradılmış seçki məntəqəsində səs verdiyini təsdiqləyiblər.