Rüstəm İbrahimbəyov: “İkinci namizəd olmamalıdır”
09 iyul 2013 00:38 (UTC +04:00)

Rüstəm İbrahimbəyov: “İkinci namizəd olmamalıdır”

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun üzvlərinə müraciət ünvanlayıb.

 

Lent.az-ın məlumatına görə, R. İbrahimbəyov müraciətdə qeyd edib ki, o hələ sovet dövründən onda qalmış ikinci vətəndaşlıq problemini artıq həll edir: “Eyni zamanda,  planlaşdırdığım kimi, Avropa Komissiyası və Avropa Parlamentində danışıqlar apardıqdan sonra Bakıya dönəcəyəm”.

 

R. İbrahimbəyov daha sonra qeyd edib ki, indiki mərhələdə qarşıdakı seçkilərə necə yanaşılması mühüm əhəmiyyəti daşıyır: “Hələ Milli Şura vahid namizədini irəli sürməmişdən əvvəl, Musavat Partiyası  və KXCP özünün başqa namizədlərini müəyyənləşdirmişdilər. Mən bir neçə dəfə bu fikri səsləndirmişəm ki, Milli Şuradan olan vahid namizəd qeydiyyata alınmayacağı təqdirdə, bu qurumda başqa partiya və hərəkatların irəli sürə biləcəyi bir neçə layiqli  namizəd vardır. Bu da  demokratik qüvvələrə qarşıdakı seçkilərdə iştirakı təmin etmək imkanı yaradacaqdır.

 

Lakin bu məsələyə başqa yanaşma da var: indiki situasiyada həmin yanaşma mənə daha məqsədəuyğun, ən başlıcası isə daha effektiv görünür. İş elə  gətirib ki, Milli Şura vahid namizəd kimi məni göstərib, bu səbəbdən də mənim başqa namizədləri öz iddialarını geri götürməyə çağırmağım etik mülahizələrə görə çətindir. Hər kəs bunu dərk edir ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir. Bu halda, Milli Şura və Azərbaycanın demokratik ictimaiyyəti maksimum iradə və qətiyyət göstərməlidir ki, vahid namizəd  qeydiyyata alınsın. Əslində, bu namizədin qeydiyyatına mane olmaq üçün heç bir qanuni əsas yoxdur və ümid edirəm ki, olmayacaq da. Hətta imtina ehtimalı olduğu variantda belə, gerçək demokratik düşərgədən ikinci namizəd olmamalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149
avatar

Oxşar yazılar