Rusiyalı politoloq: “Bizim iqtisadiyyatımıza miqrantlar lazımdır ”
01 noyabr 2013 16:54 (UTC +04:00)

Rusiyalı politoloq: “Bizim iqtisadiyyatımıza miqrantlar lazımdır ”

Rusiyanın MDB ölkələri, o cümlədən Azərbaycana viza rejimi tətbiq etməsi ehtimalı çox azdır.


 

Bunu APA-ya açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib. S. Markov mövqeyini bir neçə səbəblə əsaslandırıb: “Əvvəla, bizim iqtisadiyyatımıza miqrantlar lazımdır. İkincisi, viza korrupsiya ilə əlaqəli bir məsələdir, Rusiyada isə hazırda əsas problemlərdən biri korrupsiyadır. Əlavə korrupsiya mənbəyi nəyə lazımdır? Üçüncüsü, biz viza rejimi tətbiq etsək, həmin ölkələr də bizim vətəndaşlarımız üçün viza rejimi tətbiq edəcək, bizə isə bu, lazım deyil”.

 

S. Markov qeyd edib ki, əksinə, hazırda Rusiya XİN-in siyasəti bütün ölkələrlə mümkün olduğu qədər viza rejimini yumşaltmağa yönəlib.

 

Politoloqun sözlərinə görə, Rusiya qeyri-leqal miqrasiyanın qarşısının alınması üçün tədbirləri gücləndirməyə hazırlaşır, lakin bu qərar Azərbaycana təsir etməyəcək: “Rusiya-Azərbaycan münasibətləri yaxşı səviyyədədir. Bu münasibətlər çoxillik konstruktiv əməkdaşlıq nəticəsində formalaşıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Oxşar yazılar