Rusiyalı deputat: ”Viza rejimi heç nəyi həll etməyəcək”
18 oktyabr 2013 12:54 (UTC +04:00)

Rusiyalı deputat: ”Viza rejimi heç nəyi həll etməyəcək”

“Baş verən hadisələr hamını narahat edir. Daha çox Moskva sakinləri narahatdırlar. Əlbəttə ki, bu məsələ çox qəlizdir. Ümumiyyətlə, millətlərarası münasibətlər qəliz məsələdir. Bu məsələni həll etmək üçün bir çoxlarının hesab etdiyi kimi, təkcə polis gücü tələb olunmur. Bir az diplomatik yanaşma lazımdır ki, hər şeyi öz yoluna qoyasan”.


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata  görə, bu sözləri bir qrup azərbaycanlı jurnalistə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov deyib.

 

A. Mitrofanov xalq arasında narazılığın olduğunu söyləyib: “Bir tərəfdən bu, başa düşüləndir. Lakin digər tərəfdən, demək istəyirəm ki, biz vaxtilə bir ölkənin tərkibində yaşamışıq. 20 ildən çoxdur ki, ayrı-ayrı yaşayırıq. Bizdə ayrı nədir? Büdcəmiz ayrıdır, idarəçiliyimiz ayrıdır. Lakin prinsipcə bizi bir-birimizə çox şeylər bağlayır. Biryulevodakı hadisələr zamanı təkcə xarici vətəndaşlar deyil, Rusiya vətəndaşları da ziyan gördü. Bu məsələləri həll etmək lazımdır. Polislər işini görüb. İndi siyasilər işini görməlidir”.

 

A. Mitrofanov Dumanın bəzi deputatlarının Azərbaycana viza rejiminin tətbiq olunması ilə bağlı səsləndirdikləri ideyaya da münasibət bildirib. Onun sözlərinə görə, viza rejiminin tətbiqi heç nəyi həll etməyəcək: “Prezident Vladimir Putin də viza rejiminin tətbiq olunmasının əleyhinədir. Mən özüm də vaxtilə viza rejiminin tətbiqinin tərəfdarı olmuşam. Bu barədə dəfələrlə danışmışam. Lakin indi bu cür fikirləşmirəm. Fikrimcə, viza tətbiq edilməsi bütün problemləri həll etmir. Bəyəm, bizim problemimiz təkcə xarici vətəndaşlarla bağlıdır?! Elələri var ki, onlar Rusiya vətəndaşlarıdır. Problem ciddi və dərindir. Məsələyə kömək edəcək həll yollarından biri diasporun nüfuzlu üzvləri ilə hökumət nümayəndələri arasında dialoqun olmasıdır. Bu, problemin həllinə kömək edə bilər”.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar