Rusiyada soydaşlarımız üçün yaradılan “qaynar xətt”ə zənglər azalıb
23 oktyabr 2013 15:35 (UTC +04:00)

Rusiyada soydaşlarımız üçün yaradılan “qaynar xətt”ə zənglər azalıb

“Hazırda Rusiyada vəziyyət sakitdir, vətəndaşlarımıza qarşı təzyiqlər yoxdur”. Bunu Lent.az-a açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib.  Onun sözlərinə görə, ÜAK-da yaradılan “qaynar xətt”ə soydaşlarımız tərəfindən edilən müraciətlərin də sayı azalıb: “İlk günlərə nisbətən müraciətlərin sayında azalma var. Gün ərzində qaynar xəttə 30-40 zəng olur. Müraciətlər əsasən miqrasiya və bəzi millətçilər tərəfindən  soydaşlarımızın döyülməsi ilə bağlıdır”.

 

İ. Hacıyev deyib ki, polislərin yoxlaması zamanı sənədləri düz olmayan miqrantları öz ölkələrinə qaytarır: “Bununla bağlı azərbaycanlılardan bizə də bir neçə müraciət olunub”.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılıb. Qərargahda “qaynar xətt” fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı “qaynar xətt” vasitəsilə (24 saat ərzində) Ümumrusiya Azərbaycan Konqresindəki qərargaha zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919
avatar

Oxşar yazılar