Rusiya Müftilər Şurasının sədri İlham Əliyevi təbrik etdi
18 oktyabr 2013 19:30 (UTC +04:00)

Rusiya Müftilər Şurasının sədri İlham Əliyevi təbrik etdi

Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdin prezident İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Ravil Qaynutdin bildirib ki, bu inamlı qələbə İlham Əliyevin ölkənin vətəndaşları arasında yüksək etimadı və şəksiz nüfuzunu təsdiq edir.

Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri əmindir ki, İlham Əliyevin qələbəsini Azərbaycan xalqının ölkənin sosial-iqtisadi inkişafına və respublikanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yönələn kursu hərtərəfli dəstəkləməsi təmin edib: “Cənab Prezident, sizə möhkəm cansağlığı, uzun illər boyu tükənməz güc və enerji, ali dövləti vəzifədə xalqlarımızın və ölkələrimizin gələcək inkişafı, eləcə də ölkənizin tərəqqisi naminə yeni uğurlar arzulayıram!
Sizi və sizin şəxsinizdə Azərbaycan Respublikasının vətəndaşlarını Rusiya Federasiyasının çoxmilyonlu müsəlman ümməti adından, həmçinin Qurban bayramı münasibətilə təbrik edim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573
avatar

Oxşar yazılar