Roma Papası Frensis dövlət başçısı İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Tanrıdan diləyirəm ki, hər bir bəndəsinə xoşbəxt və mehriban ailədə yaşamaq nəsib etsin. Zati-aliləri, Sizə, ölkənizin siyasi rəhbərliyinə və xalqınıza Ulu Tanrıdan bol-bol xeyir-dua diləyirəm”.
Bundan başqa, Belçika kralı II Albert, Koreya, Pakistan, Xorvatiya prezidentləri də Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər.