Roland Kobia: “ Azərbaycana strateji tərəfdaş kimi baxırıq”
23 aprel 2013 16:28 (UTC +04:00)

Roland Kobia: “ Azərbaycana strateji tərəfdaş kimi baxırıq”

0

“Avropa Birliyi enerji sahəsində Azərbaycana strateji tərəfdaş kimi baxır”.


 

APA-nın xəbərinə görə, bu sözləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia AB-nin Azərbaycanda enerji sahəsindəki islahatlara dəstək proqramının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.   

 

R. Kobia bildirib ki, enerji və alternativ enerji mənbələri məsələsi AB-Azərbaycan əməkdaşlığının prioritetlərindən biridir. O qeyd edib ki, Azərbaycan böyük həcmdə potensial alternativ enerji mənbələrinə (külək, günəş, hidro və hidrotermal mənbələr) malikdir: “Avropa Birliyi tvinninq proqramları, müvafiq layihələrə qrant ayırmaq, İNOGATE kimi regional proqramları maliyyələşdirmək və ölkə büdcəsinə dəstək xarakterli proqramla həyata keçirməklə ölkədə alternativ enerji mənbələrinin inkişafını dəstəkləyir”.     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar