Rəsul Quliyevin partiyasının rəhbərliyindən iki nəfər getdi  - İSTEFA
16 oktyabr 2013 14:54 (UTC +04:00)

Rəsul Quliyevin partiyasının rəhbərliyindən iki nəfər getdi - İSTEFA

Açıq Cəmiyyət Partiyasından (ACP) iki nəfər istefa verib. APA-nın məlumatına görə, partiyanı tərk edənlər ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və Ali Məclis sədrinin müavini Solmaz Ələsgərovadır.

 

Z.Dünyamalıyeva APA-ya açıqlamasında müavini S.Ələsgərova ilə birgə partiyadan istefa verdiyini təsdiqləyib. O qeyd edib ki, buna səbəb üzvü olduğu partiyanın və ACP-nin də qoşulduğu Milli Şuranın oktyabrın 9-da keçirilən prezident seçkilərində uğur qazana bilməməsidir: “Məhz buna görə mən partiyadan və Milli Şuradan istefa verdim. Mənimlə birgə Solmaz Ələsgərova da partiya üzvlüyündən kənarlaşıb”.

 

Xatırladaq ki, Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova deputat olduqları dövrdə eks-spiker Rəsul Quliyevin sədri olduğu ADP-yə üzv olmuş, sonradan onunla birlikdə ADP-dən ayrılaraq ACP-ni qurmuşdular.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1214
avatar

Oxşar yazılar