Açıq Cəmiyyət Pavrtiyasının lideri Rəsul Quliyevin partiyanın sədri Sülhəddin Əkbərlə telefon danışığının audioyazısı yayılıb.
Lent.az-ın verdiyi məlumata görə, Rəsul Quliyev Sülhəddin Əkbərlə söhbətində müxalifətin son aksiyasının “multfilm” adlandırır, müxalifət liderlərinin ünvanına təhqiramiz ifadələr dilə gətirir.
Lent.az telefon danışığının stenoqramını və audioyazısını təqdim edir:
R.Q: Salam Sülhəddin.
S.A: Salam, salam, necəsiz?
R.Q: Yaxşıyam. Ə, siz orada nə multfilmdi düzəltmisiz? Ayıb-ayıb. Sən öl, kefsiz e. Sən elə yaxşı eləmisən gedib çıxmamısan tribunaya.
S.Ə: Hə.
R.Q: Sənin bu addımın alqışlanır.
S.Ə: Hə.
R.Q: Mirmahmud hanı?
S.Ə: Görmürəm. Mən arxada durmuşam. Bəlkə də oralarda dayanıb, amma görməmişəm.
R.Q: Yox e. Yəni tribunada görmədim.
S.Ə: Görməmişəm.
R.Q: Eldar gedib ... kimi tullanıb durub orda.
S.Ə: Hmm.
R.Q: İsgəndəri ora nəyə çıxardıblar? Əli ilə İsa nətəri adamdır, başa düşə bilmirəm. Cəmil müəllim bədbaxt İsgəndərin çıxışı ilə prezident olmaq istəyir?!
S.Ə: Hmm.
R.Q: Balaca stadionun 50 faizini doldura bilməmisiz.
S.Ə: Hmm.
R.Q: Yaxşı ki, sən özünü təşkilatçılıqdan qırağa çəkə bilibsən.
S.Ə: Hmm.
R.Q: Nəsə. Yaxşı, davay.
S.Ə: Oldu. Sağ olun.