Mehman Cavadoğlu: “Belə qərarlar ancaq Milli Şuranın sessiyasında qəbul oluna bilər”
Sosial şəbəkələrdə Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Milli Şuranın üzvlüyündən çıxarılması xəbəri yayılıb. Buna səbəb kimi Rəsul Quliyevin ACP sədri Sülhəddin Əkbərlə telefon danışığı göstərilir. Ötən gün yayılan telefon danışığının audioyazısında Rəsul Quliyev Milli Şuranın mitinqini “multfilim” adlandırıb, Milli Şuradakı insanların qeyri-ciddi işlərlə məşğul olduğunu söyləyib.
Milli Şurada təmsil olunan Müsavat Partiyası sədrinin müavini Mehman Cavadoğlu isə Lent.az-a açıqlamasında Rəsul Quliyevin Milli Şuradan çıxarılması xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.
Mehman Cavadoğlu deyib ki, belə qərarlar ancaq Milli Şuranın sessiyasında qəbul oluna bilər və hələ ki, Milli Şuranın sessiyası keçirilməyib.