Rəsul Quliyev: “Xalq müxalifətə inanmır”
28 oktyabr 2013 18:08 (UTC +04:00)

Rəsul Quliyev: “Xalq müxalifətə inanmır”

“Son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlarla bağlamaq fikrində deyil”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri Milli Şura üzvü, sabiq spiker Rəsul Quliyev deyib. Onun sözlərinə görə, Milli Şuranın sonuncu mitinqindəki çıxışlar həmçinin, onu göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox, özləri kimi şüar deyənlər hazırlayırlar: “Son mitinq bir daha göstərdi ki, Milli Şura deyilən təşkilat zəifləmiş İctimai Palata və Cəmil Həsənlidən ibarətdir”.

 

Sabiq spikerin fikrincə, mitinq göstərib ki, müxalifətin xalqa deməyə sözü yoxdur: “2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinq də camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraiti ilə əlaqələndirəcəklər”.

 

R.Quliyev bildirib ki, Milli Şura real müqavimət planı hazırlayıb, xalqın müzakirəsinə verməlidir: “Ya bunu etməlidirlər, ya camaatı çaşdıran əməllərindən əl çəkməli, ya da çəkilib getməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970
avatar

Anar Gəraylı

Oxşar yazılar