“Onları ələ salmaq üçün mənə əlavə mövzu verməsinlər”
“Milli Şura üzvlərinin mənim məsələmi gündəliyə atması doğrudan gülüş doğurur. Mənim bu qurumun işini tənqid etməyimin onun üzvü olub-olmamağına nə dəxli var? Yəni belə fikirləşirlər ki, üzvü olmasam tənqidin təsiri zəif olacaq?”
Lent.az-ın xəbərinə görə, bu sözləri “Həftə içi”nə müsahibəsində sabiq spiker, Milli Şura üzvü Rəsul Quliyev deyib. O, özünün Milli Şuradan kənarlaşdırılması məsələsinin qurumun sessiyasında müzakirəyə çıxarılmasına münasibət bildirib.
R.Quliyev bildirib ki, Milli Şura tək onun üçün yox, hamı üçün əhəmiyyətini itirib.
Onun sözlərinə görə, Milli Şuranı saxlayan onun üzvləri deyil, Rüstəm İbrahimbəyov və Cəmil Həsənlinin səyləridir: “Bir daha deyirəm, Milli Şura İctimai Palatanın zəifləmiş formasıdır, nə istəyirlər müzakirə etsinlər, mənim üçün heç bir fərqi yoxdur. Məsləhət görərdim onları ələ salmaq üçün mənə əlavə mövzu verməsinlər”.
Sabiq parlament sədri onu da qeyd edib ki, son illərdə müxalifətin yaratdığı heç bir bloku uğurlu hesab etmir.