Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Azərbaycanın dövlət himni səslənib. Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.
Rəsmi qəbul incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.