Psixoloq Azad İsazadə və "Turan" İnformasiya Agentliyinin əməkdaşı Fərid Arifoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Onlar mayın 22-i saat 10-da idarədə olmalıdır. Bu barədə azadliq.info Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusa istinadən məlumat yayıb.
Leyla Yunus bildirib ki, Azad İsazadə prokuror Sənan Paşayev, Fərid Arifoğlu isə Qasım Məmmədov tərəfindən idarəyə çağırılıb. "Bu Rauf Mirqədirov barədə başlanan cinayət işilə və deməli, həm də mənimlə bağlıdır", - deyə Leyla Yunus bildirib.