Rauf Arifoğlu: “Milli Şura yoxdur ”
26 dekabr 2013 14:02 (UTC +04:00)

Rauf Arifoğlu: “Milli Şura yoxdur ”

“Milli Şura Azərbaycan müxalifətinin konflikt ocağıdır, ona görə də Milli Şuranın çox yaşaması mümkün deyil”.


 

Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru, İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Rauf Arifoğlu deyib.

 

Onun sözlərinə görə, bu gün Milli Şura adlı format, struktur yoxdur, bu fiksiyadır.

 

R. Arifoğlu qeyd edib ki, İctimai Palatanın saxlanılması, Azərbaycanda istənilən şəraitdə demokratik düşərgənin toparlanması üçün bir ünvan rolunu oynayır və bu ünvanı bağlamaq doğru deyil: “Digər tərəfdən, Milli Şura prezident seçkilərini, İctimai Palata isə parlament seçkilərini hədəfə alaraq yaradılan təşkilatdır. Qarşıdan parlament seçkiləri gəlir və 2015-ci il hədəfi üçün Milli Şuranın əlifbası, məğzi qətiyyən uyğun gəlmir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar